Kateqoriyalar
Son dəqiqə xəbərinə görə, Gürcüstan parlamenti Prezident Salome Zurabişvilinin "xarici təsirin şəffaflığı" haqqında qanuna veto qoymasını səs çoxluğu ilə ləğv edib.
Aktual.gexəbər verir ki, qanunun lehinə 84, əleyhinə isə 4 deputat səs verib.
Parlamentin gərgin keçən iclasında insident də qeydə alınıb. "Gürcü Arzusu”nun deputatı İrma Zavradaşvili “Strategiya Aqmaşenebeli” partiyasının sədri Giorgi Vaşadzenin üzərinə su töküb. Hadisə G.Vaşadze tribunada çıxış edərkən baş verib.
Qeyd edək ki, Gürcüstan Prezidenti Salome Zurabişvili hakim "Gürcü Arzusu" partiyasının təqdim etdiyi "Xarici təsirin şəffaflığı haqqında" qanuna veto qoymuşdu.