Kateqoriyalar
"Parlament mühüm qərar qəbul etdi”.
Aktual.ge xəbər verir ki, bu sözləri Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili prezidentin “Xarici təsirin şəffaflığı haqqında” qanuna vetosunun ləğvindən sonra deyib.
“Cənab Anri Oxanaşvili parlament üzvünün andını oxudu və bu and ilə gürcü xalqının mənafeyinin qayğısına qalmaq, onun mandatına uyğun hərəkət etmək bizim əsas borcumuzdur. Heç bir başqa xalq, heç bir ölkə, heç bir güc dövlətimizin və xalqımızın həyatını müəyyən etməyəcək və bu qanun da məhz bundan ibarətdir", - Şalva Papuaşvili bildirib.