Leysan yağışları Bolnisinin Tsurtavi kəndində fəsad törədib
28.05.2024 19:47
556
Siyasət
A
Leysan yağışları Bolnisinin Tsurtavi kəndində fəsad törədib

Leysan yağışları Bolnisi bələdiyyəsinin Tsurtavi kəndində yaşayan sakinlərin evlərinə ciddi ziyan vurub. Güclü yağış nəticəsində 3 evin həyəti, zirzəmisi su ilə dolub, evlərdə olan bir sıra əşyalar yarasız vəziyyətə düşüb.

Sel suları Tsurtavi kəndində yola, evlərə ziyan vurduğu kimi, əkin sahələrini də yararsız hala salıb. Çarəsiz vətəndaşlar aidiyyatı qurumlardan kömək gözləyirlər.

Aktual.ge ətraflı siujeti təqdim edir: 

ŞƏRH YAZ
9