Mdinaradze:
28.05.2024 20:21
258
Siyasət
A
Mdinaradze: "Hərkəs bilməlidir ki, ölkəmiz yalnız layiqli və həqiqi dostluğa hazırdır"

"Bəlkə də illər əvvəl heç kim təsəvvür edə bilməzdi ki, Gürcüstan bu miqyasda etirazlara baxmayaraq müstəqil qərar verə bilər".

Aktual.ge xəbər verir ki, bu barə parlament çoxluğunun lideri Mamuka Mdinaradze sosial şəbəkədə “Xarici təsirin şəffaflığı haqqında” qanunun yekun qəbulu ilə bağlı yazır.

"Buna görə hər bir həmkarıma, ən əsası gürcü xalqına təşəkkür edirəm. Əgər onların misilsiz birliyi və müdrikliyi olmasaydı, bu baş verməzdi!

Bütün dostlar bilməlidir ki, ölkəmiz yalnız layiqli və həqiqi dostluğa hazırdır. Hər kəs həm də başa düşməlidir ki, heç kim bu xalqı və ölkəni aldatmağa, agentliklə idarə etməyə çalışmasın",- deyə o bildirib.

ŞƏRH YAZ
12