Qardabani Təhsil və İnteqrasiya Mərkəzində AXC-nin yaranmasının 106-cı ildönümünü qeyd edilib
29.05.2024 10:27
245
Siyasət
A
Qardabani Təhsil və İnteqrasiya Mərkəzində AXC-nin yaranmasının 106-cı ildönümünü qeyd edilib

Gürcüstanın Qardabani Təhsil və İnteqrasiya Mərkəzində 28 May – Azərbaycanın Müstəqillik Günü münasibətilə tədbir keçirilib.

Aktual.ge xəbər verir ki, tədbirdə mərkəzin müəllimləri, tələbələr, məktəblilər və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Mərkəzin rəhbəri Raul Əliyev Azərbaycan və gürcü xalqlarının dostluq münasibətlərindən danışıb, əlaqələrin inkişafında soydaşlarımızın rolunu qeyd edib.Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndəsi Sabit Məmmədov Azərbaycan Xalq Cümhuriyyətinin Avropanın demokratik dəyərləri ilə Şərq mədəniyyətinin xüsusiyyətlərini üzvi şəkildə birləşdirən yeni dövlət və cəmiyyət nümunəsi olduğunu bildirib.

Tarix müəllimi Əvəzxan İsayev Azərbaycanın müstəqillik illərindəki uğurları barədə ətraflı məlumat verib. Bildirib ki, soydaşlarımız Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazanılmış tarixi qələbədən qürur hissi duyurlar.

Digər çıxış edən natiqlər Azərbaycan Xalq Cümhuriyyətinin xalqımızın dövlətçilik və ictimai-siyasi fikir tarixində rolunu, XX əsrdə xalqımızın həyatında yeni bir mərhələ olduğunu, vurğulayıblar. Sonra mərkəzin yetirmələri vətənpərvərlik mövzusunda şeirlər söyləyiblər. Sonda Mərkəz tərəfindən “Heydər Əliyev və Gürcüstan” mövzusunda keçirilən esse müsabiqəsinin qalibləri diplom və xatirə hədiyyələri ilə təltif olunublar.

ŞƏRH YAZ
0