
İyunun 7-dək Gürcüstanda yüksək hava temperaturu olacaq.
Aktual.ge xəbər verir ki, bu barədə Milli Ətraf Mühit Agentliyindən bildirilib.
Sinoptiklərin məlumatına görə, istilər fonunda Qərbi Gürcüstanın dağlıq rayonlarında və Şərqi Gürcüstanın bəzi rayonlarında qısamüddətli yağış yağacağı, şimşək çaxacağı, bəzi yerlərdə dolu düşəcəyi də gözlənilir.
“Gecə və axşam Tbilisidə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Havanın temperaturu gündüz +31, +33 dərəcə təşkil edəcək. Batumi, Kobuleti, Anaklia və Potidə iyunun 7-dək hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Havanın temperaturu gündüz +29, +31 dərəcə təşkil edəcək" , - məlumatda deyilir.
Rustavi, Bolnisi, Marneuli, Qardabani, Qori və Sxinvalidə bəzi yerlərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Havanın temperaturu gündüz +31, +33 dərəcə təşkil edəcək.