10.06.2024 11:16
469
Siyasət
A
"Gürcü Arzusu" ABŞ və Fransa liderlərinin bəyanatına belə cavab verdi

Amerika Birləşmiş Ştatlarının və Fransanın liderləri yenidən şəffaflıq qanununa görə bizi tənqid edirlər. Necə ola bilər ki, Gürcüstanda demokratiyanı sarsıdan eyni şey, Amerikanın və Fransanın demokratiyasını gücləndirir?".

Aktual.ge xəbər verir ki, bu sözlərlə hakim "Gürcü Arzusu" partiyasının icraçı katibi, Parlament çoxluğunun lideri Mamuka Mdinaradze sosial şəbəkədə yazıb.

Onun sözlərinə görə, ABŞ və Fransada daha sərt qanun qüvvədədir.

"Amerika Birləşmiş Ştatlarının və Fransanın liderləri yenidən şəffaflıq qanununa görə bizi tənqid edirlər. Kimsə, bir şəxs və ya təşkilat, gürcü və ya xarici, bizə bu suala cavab versin: necə ola bilər ki, Gürcüstanda demokratiyanı sarsıdan eyni şey, Amerikada və Fransada demokratiyanı gücləndirir?!

Amerika Birləşmiş Ştatlarında, daha sərt qanun keçən əsrin otuzuncu illərindən qüvvədədir. Bir həftə belə keçməyib ki, Fransa eyni sahənin tənzimlənməsi üçün daha sərt qanun qəbul edib" - deyə Mamuka Mdinaradze qeyd edib.

Qeyd edək ki, ABŞ və Fransa prezidentləri Co Bayden və Emmanuel Makron "Gürcü Arzusu"nu cəmiyyətin arzularına hörmət etməyə və Avroatlantik yola qayıtmağa çağırırlar.

 

 

 

ŞƏRH YAZ
15