"Bidzina İvanişvili rejimi sanksiyalar və beynəlxalq qalmaqallar adı altında pensiya fondunda yığılan pulları mənimsəmək üçün xüsusi maliyyə əməliyyatına başlayıb".
Aktual.ge xəbər verir ki, bu iddia ilə müxalif "Axali" partiyasının həmsədri Nika Qvaramiya çıxış edib.
Onun sözlərinə görə, “Gürcü Arzusu” partiyasının təsisçisi Bidzina İvanişvili sanksiyalardan və “Pensiya oğrusu qanunu”nun vasitəsi ilə maddi ziyandan xilas olacaq.
“Bidzina İvanişvili rejimi sanksiyalar və beynəlxalq qalmaqallar adı altında Gürcüstan vətəndaşlarının pullarını mənimsəmək - pensiya fondunda toplanmış pulları mənimsəmək üçün xüsusi maliyyə əməliyyatına başlayıb.
Pul paylamaq vədi ilə gələn Bidzina İvanişvili Gürcüstan vətəndaşlarının 5 milyardını mənimsəməklə hakimiyyətini tamamlayır. 'Gürcü Arzusu' 'Axali' partiyasının 'Pensiya oğrusu qanunu' adlandırdığı məcmu pensiyalar haqqında qanuna dəyişiklikləri təqdim edib. 'Pensiya oğrusu qanunu'na görə, pensiya pullarına sərəncam vermək hüququ yalnız Gürcüstanın baş nazirinə və onun seçdiyi və nəzarət etdiyi şəxslərə verilir. Əgər indiyədək bu məbləği Gürcüstan vətəndaşlarına məxsus 5 milyard vəsaitə qərəzsiz və yüksək peşəkarlıqla sərəncam verən beynəlxalq ekspertlər qrupu idarə edirdisə, gələcəkdə isə daha böyük məbləğlər, bu gündən etibarən İvanişvili və onun oyuncaq baş naziri bu məbləğə kimin sərəncam verəcəyinə təkbaşına qərar verəcək. Buna görə də, bu pula necə sərəncam veriləcəyinə nəzarət edəcəklər. Mən İvanişvilinin və onun yaxın biznesmenlərinin şəxsi mənafeyi üçün onların sanksiyalarını və maliyyə sanksiyalarının vurduğu ziyanı yüngülləşdirmək üçün istifadə olunacaq 5 milyardınızdan danışıram.
Bu sanksiyalar mütləq olacaq. Maliyyə sanksiyaları təkcə İvanişviliyə deyil, onun iş adamlarına da şamil olunacaq.
Müvafiq olaraq, İvanişvili Offşor Qanunundan sonra yeni 'Pensiya oğrusu qanunu' qəbul etmək qərarına gəlib və bu qanun vasitəsilə ədalətli sanksiyalardan və onun vurduğu maddi ziyandan xilas olacaq. İlk növbədə, gələcəkdə seçki məqsədləri üçün istifadə olunacaq.
Bilin ki, seçkiyə qədər sizə veriləcək, istər dövlət büdcəsindən rəsmi olaraq, istərsədə seçkiqabağı rüşvət yolu ilə verilən pullar- sizin pullarınızdır. Həmçinin bu pullar vasitəsilə Bidzina İvanişvilinin yaxın iş adamlarının maraqları təmin ediləcək",- Nika Qvaramiya deyib.