
Kateqoriyalar
Futbol üzrə Avropa Çempionatının final mərhələsinin başlanmasına 3 gün qalıb.
Aktual.ge xəbər verir ki, Avro-2024 iyunun 14-dən iyulun 14-dək Almaniyada keçiriləcək.
Turnirə 10 şəhər ev sahibliyi edəcək: Berlin, Dortmund, Düsseldorf, Frankfurt, Gelzenkirxen, Hamburq, Köln, Leyptsiq, Münhen və Ştutqart.
Milli komandalar aşağıdakı qruplarda mübarizə aparacaqlar:
A qrupu: Almaniya, Şotlandiya, Macarıstan, İsveçrə
B qrupu: İspaniya, Xorvatiya, İtaliya, Albaniya
C qrupu: Sloveniya, Danimarka, Serbiya, İngiltərə
D qrupu: Polşa, Niderland, Avstriya, Fransa
E qrupu: Belçika, Slovakiya, Rumıniya, Ukrayna
F qrupu: Türkiyə, Gürcüstan, Portuqaliya, Çexiya