İyunun 11-dən İranda prezidentliyə namizədlərin televiziya vasitəsi ilə seçkiqabağı təbliğat kampaniyası başlayır.
Aktual.ge xəbər verir ki, məlumatı “Tasnim” agentliyi yayıb.
Məlumata görə, namizədlər arasında bununla bağlı püşkatma keçirilib.
Bu gün ilk olaraq təbliğata üç namizəd - Səid Cəlili, Əmirhüseyn Qazizadə və Məhəmməd Baqer Qalibaf başlayacaq.
Seçkiqabağı təbliğat kampaniyası iyunun 27-dək davam edəcək.
Xatırladaq ki, İranda prezidentliyə altı namizəd var - parlamentin sədri Məhəmməd Baqir Qalibaf, Tehran meri Əlirza Zəkani, İslam Respublikasının Təhlükəsizlik Şurasındakı ali rəhbər ayətullah Seyid Əli Xaməneinin nümayəndəsi Səid Cəlili, prokuror və keçmiş ədliyyə naziri Mustafa Purməhammadi, Məclis sədrinin keçmiş müavini Əmir Hüseyn Qazizadə Haşimi və parlament üzvü Məsud Pezeşkian.
İyunun 28-də İranda seçkilər günüdür.