Bu tarixdən məktəb müəllimlərinin maaşı 500 lari artacaq
11.06.2024 15:08
4034
Mədəniyyət
A
Bu tarixdən məktəb müəllimlərinin maaşı 500 lari artacaq

İyulun 1-dən məktəb müəllimlərin əməkhaqqı yeni əmək haqqı sisteminə keçəcək.

Aktual.ge xəbər verir ki, bu barədə Təhsil və Elm naziri Giorgi Amilaxvarinin Parlamentə təqdim etdiyi hesabatda deyilir.

Nazirin hesabat sənədinə əsasən, tam ştatlı müəllimlərin 70%-nın maaşının orta hesabla 500 lari artacağı vurğulanıb.

“Yeni əməkhaqqı sistemi ilə bütün müəllimlərin maaşı artacaq, təbii ki, saatlıq dərs yükü çox olduğu halda artım daha çox olacaq və tam ştatlı müəllimlərin 70%-nin maaşı orta hesabla 500 lari artacaq.

Yeni əmək haqqı sisteminin prinsipi keyfiyyətli təhsilin təmin edilməsi üçün ədalətli, şəffaf əməkhaqqı sisteminin yaradılmasıdır. Keyfiyyətli təhsil vermək üçün təbii ki, müəllimlərin peşəkar şəkildə inkişaf etmələri və karyeralarını yüksəltmələri üçün dəstək mexanizmlərini inkişaf etdirəcək", - Giorgi Amilaxvarinin hesabatında deyilir.

Qeyd edək ki, müvafiq qərarı Təhsil və Elm naziri Giorgi Amilaxvari 2023-cü ilin noyabr ayında elan etmişdi.

ŞƏRH YAZ
4