Lari niyə dəyərsizləşir? - Analitikdən İZAH
11.06.2024 17:19
1517
İqtisadiyyat
A
Lari niyə dəyərsizləşir? - Analitikdən İZAH

"Larinin devalvasiyasına təsir edən ən güclü amil Gürcüstanın bu gün düşdüyü siyasi mühitdir".

Aktual.ge xəbər verir ki, bu barədə BPN-ə Milli Bank Şurasının keçmiş üzvü, analitik Mixeil Tokmazişvili bildirib.

Onun sözlərinə görə, bu mərhələdə normal olaraq larinin devalvasiyasına səbəb olan fundamental amillər möhkəmdir. Ona görə də milli valyutanın devalvasiyasına ölkədə mövcud olan qeyri-sabit siyasi vəziyyət səbəb olub.

“Ölkənin hansı kursu tutacağı və əlaqələrinin taleyinin harada həll olunacağı, hadisələrin necə inkişaf edəcəyi, bununla bağlı qeyri-müəyyənlik çaxnaşma və qorxu yaratdı və bu, investorlara təsir etdi, larinin məzənnəsinin ucuzlaşa biləcəyi ilə bağlı gözləntilər onsuzda var idi sonra bu gözlənti reallığa çevrildi və lari ucuzlaşmağa başladı”, - analitik söyləyib.

Mixeil Tokmazişvili Gürcüstan Milli Bankın valyuta bazarlarına müdaxiləsini də dəyərləndirib. Onun sözlərinə görə, Milli Bank bazara müdaxilə etməsəydi, nəticə daha ağır olardı.

“Milli Bankın müdaxiləsi ilə bu proses müəyyən dərəcədə yumşaldı. Daha yaxşıdır ki, valyuta az-az dəyərdən düşsün və iqtisadi subyektlərə müəyyən adaptasiya imkanı verilsin və buna görə proses ağrısız keçsin. Lakin bu proses neytrallaşdırılmasa və Gürcüstan nə edəcəyini göstərməsə, gələcəkdə qiymətlər də arta bilər”, - deyə Mixeil Toqmazişvili qeyd edib.


Gürcüstan Parlament çoxluğu "Xarici təsirin şəffaflığı haqqında" qanununu qəbul etdiyi 14 may tarixindən bəri Gürcüstan larisi ucuzlaşmağa başlayıb. Belə ki, Milli Bank larinin devalivasiyasının qarşısını almaq üçün ilk olaraq 16 may tarixində hərracda 60 milyon dollar, 28 may tarixində 48 milyon 700 min dollar, 11 iyun tarixində isə daha 60 milyon dollar satıb.

ŞƏRH YAZ
8