Azərbaycan Dini Komitənin sədri Tbilisiyə gəlib
12.06.2024 18:17
453
Mədəniyyət
A
Azərbaycan Dini Komitənin sədri Tbilisiyə gəlib

Azərbaycan Rerspublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti Gürcüstanda səfərdədir.

Aktual.ge verir ki, iyunun 12-də nümayəndə heyəti Tbilisinin mərkəzindəki Heydər Əliyev parkında Azərbaycan xalqının ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə əkil qoyulub, xatirəsi ehtiramla yad edilib.

Nümayəndə heyətinin üzvləri həmçinin, Tbilisidəki Qəhrəmanlar Meydanında Gürcüstanın ərazi bütövlüyü uğrunda həlak olmuş qəhrəmanların xatirəsini yad edib, abidə önünə əklil qoyublar.

Qeyd edək ki, səfər çərçivəsində nümayəndə heyətinin bir sıra rəsmi şəxslərlə, habelə Gürcüstanda yaşayan soydaşlarımızla görüşləri nəzərdə tutulur.

ŞƏRH YAZ
4