
Maksimum 2 il ərzində bütün məktəb dərslikləri yeni, adaptasiya edilmiş və ya yenidən yazılmış olacaq.
Aktual.ge xəbər verir ki, bu barədə Təsil və Elm naziri Giorgi Amilaxvari Parlamentdə çıxışı zamanı məlumat verib.
O qeyd edib ki, dərsliklər milli təhsil məqsədlərinə uyğun olaraq, milli ruhda hazırlanacaq.
"İndi, plan qəbul edildikdən sonra onu real həyatda həyata keçirmək daha vacibdir. İlin sonuna qədər, məktəb standartlarının yenidən işlənməsi artıq sona çatacaq. Bundan dərhal sonra dərsliklərin məsələsi həll olunacaq.
Cəmiyyətə söz verə bilərəm ki, ən gec 2026-cı ilin tədris ilinin başlanğıcına qədər və daha tez yetişdirməyə çalışacağıq ki, bütün dərsliklər yenilənmiş, yenidən yazılmış və ya planımızda qeyd olunmuş milli məqsədlərə uyğunlaşdırılmış olsun. Maksimum 2 il ərzində, bütün siniflərin, bütün fənlərin dərslikləri yeni olacaq. Bunu qətiyyətlə deyə bilərəm, çünki vaxt və məkan baxımından yaxşı düşünülmüş bir baxışımız var", - deyə nazir bildirib.