Bolnisidə Qafqaz Hüquq və İnteqrasiya Mərkəzinin fəaliyyəti
14.06.2024 08:23
528
Mədəniyyət
A
Bolnisidə Qafqaz Hüquq və İnteqrasiya Mərkəzinin fəaliyyəti

Qafqaz Hüquq və İnteqrasiya Mərkəzi 2021-ci ildən etibarən Bolnisi rayonunda fəaliyyət göstərir.

Aktual.ge məlumat verir ki, Mərkəz Bolnisi rayonunda azərbaycanlı icma tərəfindən yaradılan ilk tədris ocağıdır.

Azərbaycan Respublikasının Diasporla iş üzrə Dövlət komitəsinin dəstəyi və layihələri çərçivəsində fəaliyyət göstərən mərkəzdə müxtəlif dil kursları və ödənişsiz hüquqi xidmətlər mövcuddur.

Qeyd edək ki, Bolnisi Bələdiyyəsində 45 kənd var, onlardan 36-da azərbaycanlılar yaşayır. Bugünə kimi Bolnisinin otuzdan artıq kəndindən olan gənclər,şagirdlər və digər şəxslər mərkəzin dil kurslarından və digər xidmətlərindən yararlanır.Həmçinin mərkəzin Azərbaycan dili, gürcü dili, İngilis, Rəsm kurslarından 700 nəfərdən çox şagird,müəllim, tələbə və digər yaş qruplarından olan gənclər faydalanıblar.

Mərkəzə Hüquqi xidmətlər üzrə müxtəlif yaş qruplarından olan şəxslər müraciət edir. Müraciətlər əsasən mülkü və daşınmaz əmlakla bağlı olur və eyni zamanda Gürcüstan vətəndaşlarına məktubların yazılması, müraciətlərin edilməsi,və digər hüquqi yardımlar da göstərilir.

Mərkəzdə Gürcüstan-Azərbaycan dostluğu ilə bağlı müxtəlif tədbirlərin təşkili, milli bayramların keçirilməsi, milli kimliyimizin qorunması istiqamətində hər zaman müxtəlif tipli tədbirlər və görüşlər keçirilir.

Bundan əlavə mərkəz gənclərin maariflənməsi üçün müxtəlif təlim və seminarlar təşkil edir,kəndlərdə yaşayan gənclərin maariflənməsi inkişafı istiqamətində hər zaman bütün imkanlarından və resurslarından istifadə edir.

Xüsusi olaraq qeyd etmək istərdik, ümumi qabilliyət imtahanı üzrə hazırlaşan abituriyentlərin yüksək nəticə əldə edərək ali məktəblərə qəbulu zamanı mərkəz hərzaman onların test hazırlığına dəstək verir.

Mərkəzin İngilis dili müəllimi Şıxıyeva Rəqsanə Azərbaycan Dillər Universitetini bitirib və hazırda ADA -da təhsilini menecment fakultəsində davam etdirir. Həmçinin, Qafqaz Hüquq və İnteqrasiya Mərkəzi və Həsənxocalı kəndindəki “Parlaq Gələcək” icma mərkəzində ingilis dilini tədris edir

“Aşağı siniflərdə İngilis dilinin öyrənilməsinin müvəffəqiyyəti ondadır ki, bu yaşda uşaqlar artıq öz ana dilini bilir və ingilis dilinin öyrənilməsinə şüurlu yanaşırlar. Bu yaşda uşaqlar ümumi standartlardan uzaq olur və fikirlərini asanlıqla yeni dildə ifadə edir, xarici dildə ünsiyyətə girməkdə çətinlik çəkmirlər”,- Şıxıyeva Rəqsanə deyir.

Alidə Məmmədəlizadə İvane Cavaxişvili adına Universitetin Marneuli filialını bitirdikdən sonra hazırda Qafqaz Hüquq və İnteqrasiya Mərkəzində azərbaycanlı məktəb şagirdlərinə gürcü dilini tədris edir. Onun sözlərinə görə, Gürcüstan hökuməti azərbaycanlı vətəndaşların dövlət dilini öyrənməsi və vətəndaş cəmiyyətinə inteqrasiyası üçün çalışır.

“Gürcü dilini bilmədən dövlət qurumlarında işlə təmin olunmaq mümkün deyil. Bu məqsədlə bugünkü gənclərimiz gürcü dilini böyük həvəslə öyrənirlər”, -Alidə Məmmədəlizadə qeyd edib.

Xatırladaq ki, Bakıda keçirilən I Türk İnteqrasiya Olimpiadasında Qafqaz Hüquq və İnteqrasiya Mərkəzinin yetrməsi Nənəcanova Şarabanı türk dilinin tarixi, coğrafiyası və ortaq ənənləri nominasiyasında 3-cü yerə layiq görülüb və medalla təltif olunub.

Alyans Gənnclər Mərkəzinin sədri Leyla Əmrahova bidirir ki, olimpiadaya Gürcüstanın fərqli bölgələrindən altı iştirakçı ilə SOYDAŞ İctimai Birliyinin İdarə Heyətinin sədri Kamran Ramazanlının və Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə qatılıblar.

ŞƏRH YAZ
6