
Kateqoriyalar
Gürcüstan Azərbaycanlıları İnteqrasiya Mərkəzi (GAİM) gənclərə yay məktəbinə qoşulmağı təklif edir.
Bu barədə GAİM-dən Aktual.ge xəbər portalına məlumat verilib.
Bildirilib ki, yay tətilinizi səmərəli şəkildə həm öyrənib, həm də əylənərək keçirmək istəyirsinizsə bizə qoşulmağın tam vaxtıdır.
Yay aylarında aşağıdakı klublarımız fəaliyyətdə olacaqdır:
- İngilis dili (ibtidai sinif şagirdləri üçün)
- Gürcü dili
- Məktəbə hazırlıq
- Şahmat
- Rəsm
- Kodlaşdırma
- Klassik güləş
- Cüdo
Qeydiyyatdan keçmək və əlavə məlumat üçün GAİM-ə yaxınlaşa və ya 588 88 39 19 nömrəsinə zəng edə bilərsiniz.