Kateqoriyalar
Paytaxt Tbilisidəki Cümə məscidində Qurban bayramı namazı qılınıb.
Aktual.ge xəbər verir ki, bayram namazı səhər saat 06:00-da əda edilib.
Qurban bayramı namazında paytaxtda yaşayan yerli müsəlmanlar, o cümlədən əcnəbilər və diplomatlar qatılıb.
Namazdan öncə xütbə ilə çıxış edən GMİ-nin şərqi-Gürcüstan müftisi Etibar Eminov Qurban bayramının əhəmiyyətindən danışıb və ölkə, eləcə də dünya müsəlmanlarını müqəddəs bayram münasibətilə təbrik edib.
Yüzlərlə müsəlmanın iştiraki etdiyi bayram namazı məsciddə yer qalmadığı üçün ətraf küçələrdə səcdə ediblər.