Bu müəllimlərin maaşı 800 lari, bütün müəllimlərin maaşı isə 250 lari artır
17.06.2024 11:56
3116
Mədəniyyət
A
Bu müəllimlərin maaşı 800 lari, bütün müəllimlərin maaşı isə 250 lari artır

Dövlət məktəblərində işləyən 52 min müəllimdən 37 mininin maaşı ən azı 500 lari, bütün müəllimlərin isə ən azı 250 lari artırılacaq.

Aktual.ge xəbər verir ki, bu barədə Baş nazir İrakli Kobaxidze hökumətin iclasında məlumat verib.

"Ümumilikdə 52 min dövlət məktəbində müəllim var, onlardan 37 min müəllimə, yəni ümumi müəllim kontingentinin 70%-nə, əmək haqqı ən azı 500 lari artırılacaq, o cümlədən, müəyyən kateqoriyadan olan müəllimlərin əmək haqqı 800 lari və daha çox artırılacaq. Təxminən 25%-nin əmək haqqı ən azı 300 lari artırılacaq, bütün pedaqoqların əmək haqqı isə ən azı 250 lari artırılacaq.

Növbəti 4 il ərzində həm ümumi, həm də ali təhsilin bütün sahələri bizim islahatlarımızın ən mühüm istiqamətlərindən biri və prioriteti olacaq" , - İrakli Kobaxidze bildirib.

Qeyd edək ki, bundan əvvəl Təhsil və Elm naziri Giorgi Amilaxvari bildirib ki, iyulun 1-dən məktəb müəllimlərin əməkhaqqı yeni əmək haqqı sisteminə keçəcək.

ŞƏRH YAZ
7