
Kateqoriyalar
İyunun 21-dək Gürcüstanda yüksək temperatur fonunda qısamüddətli yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Bəzi yerlərdə dolu və güclü külək ola bilər.
Aktual.ge xəbər verir ki, bu barədə Milli Ətraf Mühit Agentliyi məlumat verib.
Paytaxt Tbilisidə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Havanın temperaturu gündüz +32, +34 dərəcə təşkil edəcək.
Batumi, Kobuleti, Anaklia və Potidə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Havanın temperaturu gündüz +25, +27 dərəcə təşkil edəcək.
Rustavi, Bolnisi, Marneuli, Qardabani, Qori və Sxinvalidə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Bəzi yerlərdə dolu, güclü külək ola bilər. Havanın temperaturu gündüz +32, +34 dərəcə təşkil edəcək.