
Kateqoriyalar
16 İyun tarixində Bütün Gürcüstan Müsəlmanları İdarəsinin və BGMİ-nin Rustavi nümayəndəliyi olan Rustavi Cümə Məscidinin təşkilatçılığı ilə Rustavi şəhərində Qurban bayramı ilə əlaqəli yardım aksiyası təşkil olunub.
Aktual.ge xəbər verir ki, yardım aksiyasında Birləşmiş Ərəb Əmirliklərinin Gürcüstandakı səfirliyi, Türkiyənin Gürcüstandakı səfirliyinin Dini İşlər Müşavirliyi, Diyanət Vəqfi və Rustavi şəhərində yaşayan iş adamları tərəfindən 8 ədəd qurbanlıq iribuynuzlu mal-qara kəsilərək Rustavi şəhərində yaşayan 300 ailəyə paylanılıb.
Aksiyada BGMİ-nin müftisi Etibar Eminov, Türkiyənin Gürcüstandakı səfirliyinin Dini İşlər Müşaviri Mahmud Göl və BƏƏ-nin Gürcüstandakı səfiri Əhməd İbrahim Əhməd Tahir Al Nuayimi də iştirak ediblər.