
Kateqoriyalar
"Qavrilovun gecəsini xatırlayaq! Rus rejiminə boykot".
Aktual.ge xəbər verir ki, bu şüarla bu gün, 20 iyun Tbilisi və Batumidə saat 20:00-da 'Dafion' hərəkatı aksiya keçirəcək.
Aksiya təşkilatçısının məlumatına görə, aksiya Tbilisidə parlamentin qarşısında, Batumidə isə Avropa meydanında keçiriləcək.
"Düşünürük ki, 20 iyunda xain hakimiyyətə xatırlatmalıyıq ki, biz buradayıq və Gürcüstanın ruslaşdırılmasına dözmürük.
2019-cu il 20 iyunda 'Gürcü Arzusu' ilk dəfə gürcü xalqına böyük miqyasda xəyanət etdi və [Serqey] Qavrilovu [Parlamentin] sədr kreslosuna oturtdu, sonra qeyri-mütənasib gücdən istifadə edərək gənclərin gözlərini çıxardı... 'Gürcü Arzusu' gələn gündən gürcü milli ideyalarına xəyanət edir",- məlumatda deyilir.