Kateqoriyalar
Əvvəlki illə müqayisədə uşaq yoxsulluğu nisbəti 5,2% artıb - bu barədə Xalq Müdafiəçisinin illik parlament hesabatında deyilir.
Aktual.ge xəbər verir ki, Levan İoselianinin sözlərinə görə, ölkənin əsas problemlərindən biri uşaq yoxsulluğudur.
"Əvvəlki illə müqayisədə “Sosial cəhətdən həssas ailələrin vahid məlumat bazası”nda qeydiyyatda olan uşaqların sayı 5,2 faiz artıb. Yaşlılar da əhalinin xüsusilə həssas təbəqəsidir”,- bu Levan İoselianinin parlamentin İnsan Hüquqlarının Müdafiəsi və Mülki İnteqrasiya Komitəsinə təqdim etdiyi illik hesabatda yazılıb.