Bu ilin birinci rübündə Marneulini 74 min əcnəbi ziyarət edib
20.06.2024 11:03
714
Siyasət
A
Bu ilin birinci rübündə Marneulini 74 min əcnəbi ziyarət edib

Gürcüstana gələn turistlərin ən çox ziyarət etdiyi yer Tbilisidir.

Aktual.ge xəbər verir ki, bu barədə Milli Turizm Administrasiyası məlumat verib.

Belə ki, bu ilin birinci rübündə həyata keçirilən ziyarətlərin 54.4%-i məhz paytaxta aiddir.

Qeyd olunub ki, xarici turistlər tərəfindən ən çox ziyarət olunan yerlər arasında ikinci yerdə Batumi, Qvariati, Batumi Botanika Bağı, Qonio qalası və digərləri dayanır. Onların ümumi ziyarətlərdəki payı 32.3% təşkil edir.

Ən çox ziyarət olunan yerlərin onluğu və onların ümumi ziyarətlərdəki payı faizlə belədir:

  • Tbilisi - 608 123 ziyarətçi
  • Batumi, Kvariati, Nəbatat bağı, Qonio qalası və digər yerlər - 361 349 ziyarətçi
  • Qudauri - 153 124 ziyarətçi
  • Kazbegi, Gergeti Üçmüqəddəs Kilsəsi və digər yerlər - 72 998 ziyarətçi
  • Marneuli - 74 705 ziyarətçi
  • Kutaisi, Gelati Manastırı, Baqrat Katedrali, Tskaltubo Mağaraları və başqaları - 65 581 ziyarətçi
  • Mtsxeta (Svetitsxovli Katedrali, Xaç Monastırı, Armazi qalası, Samtvoro, Pompey körpüsü və s.) 47 395 ziyarətçi
  • Borjomi (Likani, Mineral Sular, Yaşıl Monastır, Timotesubani, Milli Park və s.) 46 085 ziyarətçi
  • Bakuriani (Kohtagora, Didveli və s.) 43 469 ziyarətçi
  • Siqnaöi (Bodb Monastırı və s.) 38 865 ziyarətçi

 

 

 

 

 

ŞƏRH YAZ
3