Valyuta köşkünü soymağa cəhd edən şəxs saxlanılıb
20.06.2024 12:24
207
Siyasət
A
Valyuta köşkünü soymağa cəhd edən şəxs saxlanılıb

Əvvəllər məhkum olunmuş, 2000-ci il təvəllüdlü şəxs Batumidə quldurluq ittihamı ilə həbs edilib. O, valyutadəyişmə məntəqəsinə hücum edərək kassir-operatordan silah gücünə pul tələb edib.

Aktual.ge xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Qeyd edək ki, hücum edən şəxs Batuminin Çavçavadze küçəsində yerləşən valyuta köşkünə daxil olub, lakin işçilər dərhal polisin çağırılmasına müvəffəq olublar. Həmin şəxs pulu götürə bilməyib.

İstintaq Gürcüstan Cinayət Məcəlləsinin quldurluğa aid 179-cu maddəsi ilə aparılır. Cinayət 7 ilə qədər azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

ŞƏRH YAZ
0