Kateqoriyalar
Xüsusi İstintaq Xidmətinin əməkdaşları şəxsi həyatının sirrini pozan 51 yaşlı kişini həbs ediblər.
Aktual.ge xəbər verir ki, iş materiallarına əsasən, istintaq müəyyən edib ki, zərərçəkmiş qadın təqsirləndirilən şəxslə “Facebook”un vasitəsi ilə tanış olub və onunla virtual cinsi əlaqədə olub.
Məlum olub ki, kişi gizli şəkildə seksinq foto-videosunu çəkib və daha sonra qadını şantaj edib.
Faktla bağlı Cinayət Məcəlləsinin 157-ci maddəsinin 1-ci hissəsi ilə istintaq aparılır. Cinayət 7 il müddətinə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.