Almaniya Aİ-nin Rusiyaya qarşı 14-cü sanksiya paketini bloklayıb
20.06.2024 15:18
302
Siyasət
A
Almaniya Aİ-nin Rusiyaya qarşı 14-cü sanksiya paketini bloklayıb

Almaniya müvafiq layihəyə təklif etdiyi dəyişikliyin qəbul edilməsinə baxmayaraq, Avropa İttifaqının (Aİ) Rusiyaya qarşı 14-cü sanksiya paketini bloklayıb.

Aktual.ge xəbər verir ki, Almaniya tərəfinin qərarı Xarici İşlər Nazirliyi ilə Kansler Dəftərxanası arasındakı fikir ayrılıqları ilə izah olunur.

Buna səbəb isə paketdə üçüncü ölkələrin Almaniyadakı törəmə şirkətlərində Rusiya şirkətləri və ya vətəndaşlarının payçı qismində iştirakını, eləcə də törəmə şirkətlərin Rusiya Federasiyasına məhsul ixracını qadağan edən müddəanın yer almasıdır.

ŞƏRH YAZ
4