
Kateqoriyalar
Dmanisidən Bolnisi istiqamətində hərəkətdə olan minik avtomobili ağır qəza törədib.
Aktual.ge xəbər verir ki, Bolnisi Bələdiyyəsinin girişində səkiyə çırpılan "Ford" markalı avtomobilin sürücüsü ayaq nahiyəsindən ciddi xəsarət alıb.
Bolnisidəki klinikaya yerləşdirilən sürücünün ayağının qırıldığı öyrənilib.
Əldə edilən məlumata görə, minik avtomobilinin sürücüsü əlverişsiz hava şəraiti səbəbindən qəzaya uğrayıb.
Faktla bağlı araşdırma aparılır.