Təbii fəlakət yenə Marneulinin bir neçə kəndinə ciddi ziyan vurub - FOTOLAR
20.06.2024 23:27
1001
Hadisə
A
Təbii fəlakət yenə Marneulinin bir neçə kəndinə ciddi ziyan vurub - FOTOLAR

Bu gün günün ikinci leysan yağışı və şiddətli küləyi Marneuli Bələdiyyəsinin bir sıra kəndlərində vətəndaşlara ciddi ziyan vurub.

Aktual.ge xəbər verir ki, sərt əsən külək Qırıxlı və Araflı kəndlərində bir sıra evlərin dam örtüyünü uçurub, nəticədə yağan yağış evlərin içərisindəki əşyaları yararsız hala salıb.

Bundan əlavə, təbii fəlakət Marneulinin digər kəndlərində də evlərə, əkin sahələrinə və meyvə bağlarına zərər vurub. Təbii fəlakətdən zərər çəkən vətəndaşlar aidiyyəti qurumlardan kömək istəyirlər.


26 May tarixində yağan leysan yağışı Marneulinin mərkəzi bazarı və 10-a qədər kəndə ciddi ziyan vurmuşdu. 27 May tarixində Marneuli Meriyası əhaliyə dəyən ziyanın hesablanması üçün xüsusi komissiyanın təsis olunduğunu bəyan etmişdi.

ŞƏRH YAZ
9