
Kateqoriyalar
Gürcüstan-Çexiya matçının ən yaxşı oyunçusu Gürcüstan milli komandasının qapıçısı Giorgi Mamardaşvili seçilib.
Aktual.ge xəbər verir ki, bu barədə "Opta Sports" məlumat yayıb.
Mamardaşvili Çexiya ilə matçda 11 qurtarış edib ki, bu da son 20 ildə Avropa çempionatında ən yüksək göstəricidir.
Xatırladaq ki, Avropa çempionatının ikinci turunda, F qrupunda Gürcüstan və Çexiya komandalarının matçı 1:1 hesabı ilə başa çatıb.
Gürcüstan milli komandası növbəti matçını 26 iyunda Portuqaliya milli futbol komandasına qarşı keçirəcək.