
Kateqoriyalar
26 iyunda Acarıstan, Quriya, Sameqrelo-Zemo Svaneti, İmereti, Raca-Leçxumi, Kvemo Svaneti və Samtsxe-Cavaxeti bölgələrində güclü, bəzi yerlərdə çox güclü yağış, ildırım, dolu gözlənilir.
Aktual.ge xəbər veir ki, bu barədə məlumatı Milli Ətraf Mühit Agentliyi yayıb.
Agentlik xəbərdarlıq edib ki, Gürcüstan ərazisinin əksər hissəsində qərb istiqamətli güclü külək əsəcək, gündüz saatlarında Şərqi Gürcüstanda, o cümlədən paytaxtda, arada çox güclü külək olacaq.
"Mümkün yağışlar Gürcüstan çaylarında su səviyyəsinin əhəmiyyətli dərəcədə artmasına, kiçik çaylarda daşqınlara, həmçinin təpəlik və dağlıq zonalarda sürüşmə və palçıq axınlarının yaranmasına və aktivləşməsinə səbəb ola bilər (təhlükə səviyyəsi yüksəkdir)", – məlumatda deyilir.