İvanişvilidən Milli Yığmaya 30 milyon lari, növbəti qələbəyə də mükafat vəd etdi
27.06.2024 13:53
1361
İdman
A
İvanişvilidən Milli Yığmaya 30 milyon lari, növbəti qələbəyə də mükafat vəd etdi

Hakim “Gürcü Arzusu” partiyasının fəxri sədri Bidzina İvanişvili Gürcüstanın futbol komandasını təbrik edib və 30 milyon lari mükafat verib.

Aktual.ge xəbər verir ki, bu barədə hakim partiya məlumat yayıb.

Məlumatda qeyd olunub ki, Bidzina İvanişvili tərəfindən Milli komandaya 30 milyon lari mükafat veriləcək.

“Bununla yanaşı, Bidzina İvanişvilinin təşəbbüsüylə İspaniya ilə səkkizdəbir final oyununda qələbə qazandığı və növbəti mərhələyə keçdiyi təqdirdə, Gürcüstan milli yığması mükafat olaraq əlavə daha 30 milyon lari alacaq. 'Gürcü Arzusu' partiyasının fəxri sədri bu tarixi və arzuedilən qələbə üçün futbol yığmasının hər bir oyunçusuna, məşqçi heyətinə və gürcü azarkeşlərinə təşəkkür edir,” - məlumatda deyilir.

ŞƏRH YAZ
3