28 Yaşlı oğlan 13 yaşlı qızı soyunmağa məcbur edib, sonra fotolarını yayıb - VİDEO
28.06.2024 11:30
1146
Kriminal
A
28 Yaşlı oğlan 13 yaşlı qızı soyunmağa məcbur edib, sonra fotolarını yayıb - VİDEO

13 yaşlı qızın şəxsi həyatının sirrini qanunsuz əldə edib və sosial şəbəkədə yaydığı faktına görə, 28 yaşlı oğlan saxlanılıb.

Aktual.ge xəbər verir ki, bu haqda Xüsusi İstintaq Xidməti məlumat verib.

Qurumun məlumatına görə, o, videozəng vasitəsilə ünsiyyət zamanı təhdidlə yeniyetmənin çılpaq vəziyyətdə olmasını tələb edib. Uşaq həmin oğlan ilə ünsiyyəti kəsdikdən sonra tezliklə, "Tiktok" sosial şəbəkəsində yeniyetmənin fotolarını yayıb.

"İstintaqla müəyyən edilib ki, 2024-cü ilin 13 martında, 13 yaşlı zərərçəkmiş "Tiktok" sosial şəbəkəsində təqsirləndirilən şəxslə tanış olub. Onlar hər gün 'Facebook/Messenger' videozəngləri vasitəsilə bir-birləri ilə danışıblar və bu zaman təqsirləndirilən şəxs təhdidlə yeniyetmənin çılpaq vəziyyətdə olmasını tələb edib. Videozəng zamanı yeniyetmə təqsirləndirilən şəxsin onun ekran görüntüləri aldığını görüb. O, təqsirləndirilən şəxsdən intim məzmunlu şəkilləri silməsini tələb edib. Aprel ayında zərərçəkmiş azyaşlı qız təqsirləndirilən şəxs ilə ünsiyyəti kəsib, onu sosial şəbəkədə bloklayıb və zənglərinə və qısa mətn mesajlarına cavab verməyib. Bundan qısa müddət sonra, "Tiktok" sosial şəbəkəsində yeniyetmənin çılpaq vəziyyətdə olduğu fotoları yayılıb. Qızın intim məzmunlu fotoları onun dostuna da göndərilib. Həmçinin, 13 yaşlı zərərçəkmişə tanımadığı şəxslər sosial şəbəkədə onun intim fotolarını anasına göndərməklə hədələyiblər", - məlumatda deyilir.

Bildirilib ki, təqsirləndirilən şəxsin mobil telefonunda həmçinin digər yeniyetmə qızların intim məzmunlu fotolarıda tapılıb və bu məsələlərlə bağlı Xüsusi İstintaq Xidməti bütün lazımi istintaq tədbirlərinin aparılmasını təmin edəcək.

Təqsirləndirilən şəxs Gürcüstan Cinayət Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətdə ittiham olunur. Cinayət 7 ilədək azadlıqdan məhrumetməni nəzərdə tutur.

ŞƏRH YAZ
9