Qanlı hadisə: İki nəfəri bıçaqlayıb, onlardan biri klinikada ölüb - VİDEO
28.06.2024 12:06
1543
Kriminal
A
Qanlı hadisə: İki nəfəri bıçaqlayıb, onlardan biri klinikada ölüb - VİDEO

Duşetidə qəsdən adam öldürmə hadisəsi ilə bağlı 2000-ci il təvəllüdlü bir nəfər saxlanılıb.

Aktual.ge xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat verib.

Məlumata görə, saxlanılan şəxs qarşılıqlı mübahisə zəminində iki nəfərə fiziki təzyiq göstərib və onlara soyuq silahla xəsarət yetirib. Yaralılardan biri tibb müəssisəsində dünyasını dəyişib. 

“İstintaqla müəyyən edilib ki, Duşeti bələdiyyəsinin aqrar bazarı ərazisində təqsirləndirilən şəxs iki nəfərə fiziki təzyiq göstərərək onlara soyuq silahla xəsarət yetirib və hadisə yerindən qaçıb. Aldıqları ağır bədən xəsarətləri nəticəsində B.S klinikada dünyasını dəyişib. 

Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisədən bir neçə saat sonra təqsirləndirilən şəxsi yaxalayıblar. Polis cinayətin silahını - bıçağı sübut kimi götürüb”, - məlumatda deyilir.

Qəsdən adam öldürmə faktı ilə bağlı Gürcüstan Cinayət Məcəlləsinin 108-ci maddəsi ilə istintaq davam etdirilir. Saxlanılan şəxsi 15 ilə qədər həbs cəzası gözləyir.

ŞƏRH YAZ
5