Marneuli-Tbilisi magistralında zəncirvari qəza: Çox sayda yaralı var - FOTO
28.06.2024 19:19
2978
Hadisə
A
Marneuli-Tbilisi magistralında zəncirvari qəza: Çox sayda yaralı var - FOTO

Marneuli-Tbilisi magistralının Kumisi hissəsində zəncirvari avtomobil qəzası baş verib.

Aktual.ge-nin verdiyi məlumata görə, təxminən saat 18:15 radələrində baş verən qəzada üç avtomobil toqquşub.

Tbilisi istiqamətindən qayıdan "Ford" markalı avtomobilə ön hissəsindən sərt şəkildə çırpılan "Lexus" markalı avtomobil "Ford"un aşmasına və "Honda Fit"in ön hissəsinin yararsız hala düşməsinə səbəb olub.

Ən çox "Ford" avtomobilində olan sərnişinlər olmaqla, digər avtomobillərdəki sərnişinlər də müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Hadisə şahidlərinin verdiyi məlumata görə, zəncirvari qəza nəticəsində ən azı yeddi nəfər yüngül yaralanıb.

Hadisə yerinə təcili tibbi yardım maşını və patrul polisi cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

ŞƏRH YAZ
21