Bolnisidə iş adamının avtomobilinə silahlı hücum olub - FOTO
28.06.2024 22:04
1627
Kriminal
A
Bolnisidə iş adamının avtomobilinə silahlı hücum olub - FOTO

Bolnisi rayonunun Zemo Bolnisi (İncəoğlu) kəndində Poladauri (Çatax) kənd sakini, iş adamı Ədalət Çobanovun avtomobilinə silahlı hücum olunub.

Aktual.ge xəbər verir ki, hadisə ötən gün gecə saatlarında baş verib.

Mövcud məlumata görə, 2 nəfər silahlı şəxs avtomobilə 60-a yaxın atəş açıb, 20-dən çox güllə isə avtomobilə dəyib.

Ədalət Çobanov hadisə yerindən xəsarət almadan uzaqlaşa bilib.

Hadisə ilə bağlı araşdırma aparılır.

ŞƏRH YAZ
16