Bu gün (29 iyun) "Tea House"da, "İnkşaf və Təhsil Mərkəzi"nin təşkilatçılığı ilə "GES Youth Energy+" programının, təhsil sahəsində uğur qazanmış şəxslərlə növbəti, VI görüşü həyata keçirilib.
Aktual.ge xəbər verir ki, burada çıxış edən spikerlərdən biri "Wikimedia UG Georgia"nın rəhbəri Mehman İbrahimov gənclərə fəaliyyətindən və vikipediya haqda, "Study aid Foundation" şirkətinin kordinatoru Leyla Əkbərova xaricdə təhsil haqqında və imkanlardan, İtaliyada "The University of Messina" universitetində “Data Analysis” ixtisası üzrə təhsil alan Məhəmməd İmamquliyev isə aldığı təhsildən və xarici ölkədə tələblər üçün hansı imkanların olduğundan danışıb.
Sonda iştirakçılar üçün viktorina təşkil olunub. Əyləncəli sualları cavablayan gənclərə futbol və voleybol topları hədiyyə olunub.
"GES YouthEnergy+" gənclər platforması haqqında:
GES (Goal, Energy, Success) gənclərin inkişafı məqsədi ilə yaradılmış platformadır.
Layihənin məqsədi gənclərin dünya görüşlərinin artırılması və məlumatlanmalarına dəstək olmaqdır.
Layihədə müxtəlif sahələrdə uğur qazanmış şəxslərin çıxışaları təşkil edilir və video materiallar th.edu.ge saytında geniş kütləyə təqdim oluncaq.