Heyrətamiz macəra başa çatdı - TƏŞƏKKÜRLƏR!
01.07.2024 01:30
848
İdman
A
Heyrətamiz macəra başa çatdı - TƏŞƏKKÜRLƏR!

Almaniyada keçirilən Avropa çempionatının 1/8 final mərhələsi çərçivəsində İspaniya - Gürcüstan qarşılşaması başa çatıb.

Aktual.ge xəbər verir ki, Gürcüstan futbol komandası İspaniyaya 1:4 hesabı ilə məğlub olub.

Qarşılşamanın 18-ci dəqiqəsində Robin Le Normand avtoqol müəllifi olub. İspaniya millisi 39-cu dəqiqədə Rodrinin qolu ilə hesabı bərabərləşdirib. Ardından Fabian Ruis (51) və Niko Uilyams (75) hesab arasındakı fərqi artırıb. Oyunda son nöqtəni Dani Olmo (83-cü) qoyub.

Gürcüstan milli yığması tarixdə ilk dəfə Avropa Çempionatına vəsiqə qazanıb. Burada davam etdirdiyi mübarizə ilə 1/8 finala yüksəlib. Avropanın göbəyində heyrətamiz oyun sərgiləyən Gürcüstan futbol komandasına vətəndaşlar təşəkkür edir.


İspaniya millisi 1/4 finalda Almaniya ilə qarşılşacaq. Görüş iyulun 5-də, Ştutqart şəhərindəki "MHP Arena"da baş tutacaq.

ŞƏRH YAZ
11