Qrup şəklində gənc oğlanı döymək və ləyaqətini alçaltmaq | Yormuğanlıda nələr baş verib?
01.07.2024 11:38
841
Kriminal
A
Qrup şəklində gənc oğlanı döymək və ləyaqətini alçaltmaq | Yormuğanlıda nələr baş verib?

Kaxeti bölgəsinin Yormuğanlı kəndində gənc oğlan qonşuları tərəfindən fiziki təzyiqə məruz qalıb.

Aktual.ge "Mtavari"yə istinadən xəbər verir ki, sosial şəbəkələrdə hadisəni əks etdirən görüntülər yayılıb, videoda zərərçəkənin əllərinin bağlı olduğu, on nəfərə yaxın şəxsin onu təhqir etdiyi, ləyaqətini alçaltdığı və döydüyü görünür.

Mövcud məlumata görə, 35 yaşlı oğlan aldadılaraq evindən çıxarılıb. Təsdiqlənməmiş versiyaya görə, hücumun motivi qısqanclıq olub, döyülən şəxsin yaxınları isə hadisəni biznes maraqlarına görə baş verdiyini söyləyirlər.

Əldə edilən məlumata görə, polis hadisə ilə bağlı bir neçə nəfəri saxlayıb.

Hadisənin detalları araşdırılır.

ŞƏRH YAZ
8