Günəşin ən qızmar olduğu günlərdə sərinləmək üçün buz kimi qarpıza heç kim yox deməz! Yayın müjdəçisi olan qarpız həm dadı, həm də özünəməxsus görünüşü ilə uşaqdan böyüyə hər kəsin zövqünü oxşamağa kifayət edir. Gün ərzində qonaqlarınız üçün, hətta səhər yeməyiniz üçün də istifadə edə biləcəyiniz bu meyvə, bol vitamin mənbəyi olaraq da bilinir.
Son illərdə istehsal texnologiyalarının dəyişməsindən böyük təsirlənən meyvələr bazara tez-tez girsə də, xırda fəndlər sayəsində pulunuzu boş yerə sərf etmədən dadlı meyvələr yemək mümkündür.
Alış-verişə gedərkən qarpızı necə seçmək olar sualına cavab tapa bilmirsinizsə və ya yaxşı qarpızı necə tanıyacağınızla maraqlanırsınızsa, Aktual.ge aşağıda sizə asan üsulları təqdim edəcək:
1) Altı sarı olan qarpızları seçin
• Alacağınız ən mükəmməl görünən qarpızın doğru qarpız olduğunu düşünürsünüzsə, yanılırsınız!
• Doğru qarpız seçimində atılan ilk və ən vacib addımlar arasında qarpızın rəngi əlbəttə ki, çox önəmlidir.
• Aldığınız qarpızın alt hissəsi nə qədər sarı olsa, qarpız bir o qədər dadlı və sulu olar.
• Eyni zamanda sarı rəng qarpızın yetişmə səviyyəsini bildirdiyi üçün altı ən sarı olan qarpızı almanızı tövsiyə edirik.
2) Qarpızda çat izlərinin olması dad əlamətidir!
• Qarpız alarkən adətən ən hamar, ən gözəl görünüşlü və ya ləkəsiz qarpızları seçirik.
• Məşhur inancın əksinə olaraq qarpızın üzərindəki çatlar və kiçik qəhvəyi ləkələr onun yaxşı qarpız olduğunu göstərir.
• Ağzınıza layiq tam yetişmiş qarpız istəyirsinizsə, rəflərdəki qarpızlar arasından ən çox çat izi və ləkəsi olanı seçməlisiniz.
3) Erkək qarpız şirəli, dişi qarpız şirin olacaq
• Öyrənildiyi ilk andan təəccüblə qarşılanan bu məlumat əslində çox köməyinizə çatacaq.
• Qarpız ölçüsünə görə qiymətləndirilsə də, qarpız yetişdirənlər onları cinsinə görə fərqləndirirlər.
• Uzun və oval qarpızlar erkək, kiçik və yuvarlaq qarpızlar isə dişi kimi tanınır.
• Eyni zamanda erkək qarpız sulu, dişi qarpız isə şirin olur.
4) Orta ölçülü və ağır qarpız
• Qarpız seçərkən ilk klassik hərəkət qarpıza vurmaqdırsa, digəri dərhal qarpızın ölçüsünü yoxlamaqdır.
• Digər üsullar kimi, böyük qarpızın çox daha dadlı olduğu düşünülsə də, bu həmişə doğru olmaya bilər.
• Yaxşı və dadlı qarpız istəyirsinizsə, aldığınız qarpız nə çox böyük, nə də çox kiçik olmalıdır.
• Təbii ki, seçdiyiniz normal ölçülü qarpız hər dəfə dadlı olmaya bilər.
• Bu səbəbdən aldığınız qarpızın çəkisinin ölçüsündən qat-qat artıq olmasına diqqət yetirməyi tövsiyə edirik.
5) Yetişmiş qarpızın saplağı quru olur.
• İlk baxışdan belə doğru qarpızı müəyyən etməyə imkan verəcək bu üsul sayəsində siz tez və dəqiq alış-veriş edə bilərsiniz.
• Diqqət etməli olduğunuz tək şey qarpızın saplağının nə qədər quru olmasıdır. Qarpızın saplağı qurudursa, bu, yetişmiş olduğunu göstərir.
• Gövdəsi yaşıldırsa və qurudulmayıbsa, bu, qarpızın vaxtından əvvəl yığılması deməkdir.
Mənbə: Qafqazinfo