DİQQƏT! Temperatur kəskin yüksələcək, Agentlik şəhərlər üzrə hava proqnozunu açıqladı
03.07.2024 14:27
1950
Maraqlı
A
DİQQƏT! Temperatur kəskin yüksələcək, Agentlik şəhərlər üzrə hava proqnozunu açıqladı

4-6 İyul tarixlərində Gürcüstanda gözlənilən hava proqnozunu açıqlanıb.

Aktual.ge xəbər verir ki, Milli Ətraf Mühit Agentliyindən bildirilib ki, iyulun 7-dək yüksək temperatur fonunda bəzi yerlərdə yağış yağacağı, dolu düşəcəyi, küləyin güclənəcəyi ehtimalı var. İyulun 4-də Qərbi Gürcüstanda havanın temperaturu +33, +38 dərəcəyədək yüksələcək, iyulun 5-6-da isə Şərqi Gürcüstanda da eyni olacaq. 

Tbilisidə hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. İyulun 4-də havanın temperaturu gündüz 33, 35 dərəcə isti, iyulun 5-6-da isə 36, 38 dərəcəyədək yüksələcək. 

Batumi, Kobuleti, Anaklia və Potidə iyulun 4-də isti və yağmursuz hava şəraiti gözlənilir. Havanın temperaturu gündüz +31, +33 dərəcə təşkil edəcək. İyulun 5-də günün sonunda və iyulun 6-da qısamüddətli yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Havanın temperaturu +27, +29 dərəcəyə enəcək. 

Rustavi, Bolnisi, Marneuli, Qardabani, Qori və Sxinvalidə yüksək temperatur fonunda bəzi yerlərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Dolu və güclü külək əsə bilər. İyulun 4-də havanın temperaturu gündüz 33, 35 dərəcə isti, iyulun 5-6-da isə 36, 38 dərəcəyədək yüksələcək.

ŞƏRH YAZ
8