İranın yeni prezidenti: Məsud Pezeşkian
06.07.2024 09:03
674
Dünya
A
İranın yeni prezidenti: Məsud Pezeşkian

İslahatçı Məsud Pezeşkian İranda keçirilən prezident seçkilərinin ikinci turunda mühafizəkar Səid Cəliliyə qalib gəlib.

Aktual.ge xəbər verir ki, bunu ölkənin Seçki Qərargahının rəsmi nümayəndəsi Mohsen Eslami açıqlayıb.

Onun IRIB telekanalında bildirdiyinə görə, 30,53 milyon bülletenin hamısının emalının nəticələrinə əsasən, müasir İran tarixində doqquzuncu seçilmiş prezident olan Pezeşkiyan 16,384 milyon səs toplayıb – səslərin azı 53,6 faizi.

İran liderinin respublikanın Ali Milli Təhlükəsizlik Şurasındakı nümayəndəsi, mühafizəkar Səid Cəlili 13,538 milyon – 44,3% səs toplayıb.

İranda keçirilən prezident seçkilərində seçici fəallığı 49,8% təşkil edib.

Qeyd edək ki, İran prezidenti ali rəhbər Ayətullah Əli Xameneidən sonra ölkədə əhəmiyyətcə ikinci siyasətçidir. Prezidentin vəzifələrinə konstitusiyanın müddəalarını həyata keçirmək və icra hakimiyyətinə rəhbərlik etmək daxildir. İranın xarici siyasətinin ümumi istiqaməti yeni prezidentdən asılı olacaq.


70 yaşlı Məsud Pezeşkiyan türk əsilli ürək cərrahıdır. Təbriz millət vəkili Pezeşkian islahatçı lider Məhəmməd Hatəminin dövründə səhiyyə naziri vəzifəsində çalışıb. Seçkilərdə yeganə islahatçı namizəd olan Pezeşkian İran iqtisadiyyatını yaxşılaşdırmaq üçün xarici dünyaya daha çox açılmağa çağırış edir.

"Mən türkəm. Anam da, atam da türkdür. Türklüyüm ilə fəxr edirəm. Evdə uşaqlarımla farsca deyil, türkcə danışıram", - Pezeşkian ikinci turda qalib gələrək, İran İslam Respublikasının ilk türk əsilli prezidenti olub.

ŞƏRH YAZ
3