Gənclər arasında sürətlə yayılan xəstəlik – NEVROLOQ DETALLARI BİR-BİR SADALADI
06.07.2024 16:31
1112
Sağlamlıq
A
Gənclər arasında sürətlə yayılan xəstəlik – NEVROLOQ DETALLARI BİR-BİR SADALADI

Gənc yaşda Parkinson xəstəliyinə tutulma halları artmağa başlayıb.

Aktual.ge xəbər verir ki, nevroloq, Dr. Gülten Özdemir yaşlılıqda daha çox rast gəlinən Parkinsonun artıq gəncləri hədəf almasının səbəblərindən danışıb.

"Bəzi tədqiqatlar göstərir ki, quyu suyu, insektisidlər, qurğuşun və civə kimi ekoloji toksiklərə məruz qalmaq bu halların artmasında rol oynaya bilər”, - deyə həkim bildirib.

Nevroloqun sözlərinə görə, beyin hüceyrələrinə təsir edən Parkinson xəstəliyi adətən 60 yaşdan yuxarı insanlarda müşahidə edilirdi, lakin son illərdə xəstəliyə 40 yaşın altındakı insanlarda da rast gəlinir.

“Parkinson Alzheimerdən sonra ikinci ən çox görülən nevroloji xəstəlikdir. Son illərdə hətta 20-30 yaşlarında olan insanlar da Parkinsonla üzləşə bilir”, - deyə Gülten Özdemir qeyd edib.

Türk nevroloq Parkinson xəstəliyinin əlamətləri haqqında məlumat verib:

“Beynin müəyyən anatomik bölgələrində dopamin ifraz edən hüceyrələrin degenerasiyası və itkisi nəticəsində Parkinson xəstəliyinin simptomları baş verir. Degenerasiyanın dəqiq səbəbi məlum deyil. Alimlər ispan qripindən sonrakı illərdə Parkinson xəstəliyinə yoluxma hallarının artıb-artmadığını və eyni artımın koronavirusdan sonra müşahidə olunub-olunmadığını araşdırırlar”.

Həkimin sözlərinə görə, xəstələrin 25 faizində titrəmə olmur.

“Hər titrəmə Parkinson xəstəliyi ilə əlaqəli deyil. Ancaq Parkinson xəstəliyinə diaqnoz qoyarkən xəstənin hərəkətlərinin yavaşlamasını nəzərə almaq vacibdir. Parkinson xəstələrinin gündəlik həyatlarını aktiv şəkildə davam etdirə bilmələri üçün velosiped, yoqa, üzgüçülük, pilates, gəzinti kimi fərdi fizioterapiya proqramları və məşqlər çox əhəmiyyətlidir. Xəstəliyin müalicəsinin məqsədi simptomları azaltmaq və xəstələrin həyat keyfiyyətini yaxşılaşdırmaqdır.

Xəstənin yaşı, xəstəliyin mərhələsi, istifadə olunan dərmanların əks təsirləri müalicə prinsipini müəyyən edən amillərdir. Əsas müalicə azalmış dopamin səviyyəsini artırmaqdır. Xüsusilə dərmana ilkin mərhələdə, yəni dopamin anbarları tükənməzdən əvvəl başlamaq vacibdir”.

O vurğulayıb ki, xəstəliyin gedişində depressiya və demans kimi əlamətlər də yarana bilər.

“Xəstələr yaxından izlənilməli və şikayətləri olduqda müvafiq müalicə təyin edilməlidir. Əgər Parkinson diaqnozu qoyulan xəstə dərman müalicəsinə adekvat reaksiya vermirsə və dərmanla əlaqəli əks təsirlər yaşayırsa, o zaman Dərin Beyin Stimulyasiyası tətbiq olunur” , - Dr. Gülten Özdemir söyləyib.

ŞƏRH YAZ
10