Avtomobillər səs-küy yaratdığı təqdirdə cərimələnəcək - YENİ QAYDA BU TARİXDƏN QÜVVƏYƏ MİNİR
06.07.2024 23:54
1473
Maraqlı
A
Avtomobillər səs-küy yaratdığı təqdirdə cərimələnəcək - YENİ QAYDA BU TARİXDƏN QÜVVƏYƏ MİNİR

Gələn ildən etibarən avtomobillər artıq səs-küy yaratdıqları halda cərimələnəcəklər.

Aktual.ge xəbər verir ki, bu, İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulur.

Sənədə əsasən, istismar zamanı yaranan səs-küy Gürcüstan qanunvericiliyi ilə müəyyən edilmiş normadan artıq olan nəqliyyat vasitəsinin idarə edilməsi şəxsin 100 lari məbləğində cərimə olunmasına səbəb olacaq. Təkrar halda cərimə 200 lari, daha sonrakı halda isə 300 lari olacaq.

Qeyd olunub ki, bu qayda 2025-ci il yanvarın 1-dən qüvvəyə minəcək.

ŞƏRH YAZ
8