Tbilisidə 8 nəfər odlu silahla kuryerə hücum edib
06.07.2024 23:59
1397
Kriminal
A
Tbilisidə 8 nəfər odlu silahla kuryerə hücum edib

Tbilisidə Nutsubidze küçəsində 8 nəfər "Glovo" kuryerinə odlu silahla hücum edib. 

Aktual.ge yerli mətbuata istinadən xəbər verir ki, hadisə axşam saatlarında baş verib. 

Yaralı kuryerin anasının sözlərinə görə, kuryer 4 kişi və 4 qadın tərəfindən fiziki təzyiqə məruz qalıb.  

Daxili İşlər Nazirliyi hadisə ilə bağlı araşdırmalara başlanıldığını bildirib.

ŞƏRH YAZ
15