Türkiyə AVRO-2024-lə sağollaşdı
07.07.2024 01:34
557
İdman
A
Türkiyə AVRO-2024-lə sağollaşdı

Almaniyada təşkil olunan futbol üzrə Avropa çempionatında Niderland və Türkiyə yığmaları arasında keçirilən 1/4 final görüşü başa çatıb.

Aktual.ge məlumat verir ki, iyunun 35-ci dəqiqəsində Türkiyə millisinin futbolçusu Samet Akaydın fərqlənib. Niderland yığmasından isə 70-ci dəqiqədə De Vrey, 76-cı dəqiqədə Qakpo rəqib qapısına yol tapıblar. Beləliklə, Niderland Türkiyəni 2:1 hesabı ilə məğlub edərək yarımfinala yüksəlib.

Qeyd edək ki, Niderland yığması yarımfinalda 1/4 finalın paralel görüşündə İsveçrəni məğlub edən İngiltərə millisi ilə qarşılaşacaq.

Yarımfinalın digər oyununda isə İspaniya Fransa millisini sınağa çəkəcək.

Görüşlər 9-10 iyulda keçiriləcək.

ŞƏRH YAZ
17