
Marneuli Bələdiyyəsinin mərkəzi Rustaveli küçəsində hər il olduğu kimi bu ildə Məhərrəm ayı ilə bağlı Həzrəti Məhəmməd Peyğəmbərimizin (s) əziz nəvəsi İmam Hüseyn (ə) və tərəfdarlarının xatirinə ehsanı paylanılır.
Aktual.ge xəbər verir ki, sözügedən ehsan xalqın dəstəyi və Marneuli Mərkəzi həzrəti İmam Əli (ə.s) Məscidinin təşkilatçılığı ilə həyata keçirilir.
Marneuli rayonunun mərkəzində quraşdırılan ehsan stendində vətəndaşlara soyuq su, meyvə və müxtəlif növlü şirin çörklər paylanılır.
Marneuli Mərkəzi Həzrəti İmam Əli (ə.s) Məscidindən Aktual.ge xəbər portalına bildirilib ki, ehsan stendi Məhərrəm ayının 9-cu gününə qədər hər gün, günün ikinci yarısından axşam saatlarına qədər davam edəcək.
Marneuli Mərkəzi Məscidi bu işdə əziyyəti və dəstəyi olan bütün hər kəsə təşəkkür edir.