
Rusiya ordusu, Kiyevdə bir uşaq xəstəxanası başda olmaqla, Dnipro, Krivoy Riq, Slovyansk və Kramatorskun da aralarında olduğu çoxsaylı Ukrayna şəhərlərinə genişmiqyaslı raket hücumları təşkil etdi. Yaşayış binaları və infrastrukturun hədəf alındığı hücumlardan ən azı 31 nəfər həlak olub, 50-dən çox insan isə yaralanıb.
Aktual.ge xarici KİV-ə istinadən xəbər verir ki,
Bildirilib ki, Rusiya ordusu Kiyevə böyük raket hücumu edib, o cümlədən Kinjal raketlərinin zərbəsi böyük insani tələfatla nəticələnib.
Hərbi administrasiyanın rəhbəri Sergiy Popko Rusiyanın Kiyevi hədəf alan raket hücumları nəticəsində azı 7 nəfərin öldüyünü bildirib: "Bu dəqiqəyə kimi 7 nəfərin öldüyü məlumdur. Məlumat yenilənir. Paytaxtda azı 25 nəfər yaralanıb".
Kiyev meri Vitali Kliçko Ukraynanın paytaxtına hücumun Moskvanın iki illik genişmiqyaslı işğalı zamanı ən pis hücumlardan biri olduğunu bildirib. Hücumlar zamanı uşaq xəstəxanasının zədələnməsinin ardından açıqlama verən Kliçko deyib: "Bu, ən pis hücumlardan biridir. Gördüyünüz kimi, bura uşaq xəstəxanasıdır".