
Kateqoriyalar
Keda Bələdiyyəsində dəhşətli hadisə baş verib.
Aktual.ge xəbər verir ki, 37 yaşlı fiziki məhdudiyyətli qadın əvvəlcə fiziki təzyiqə məruz qalıb, sonra isə zorlanıb.
Yerli mətbuatın məlumatına görə, hadisəni törədən şəxs zərərçəkmişin qonşusudur və gənc oğlandır. O, hadisə yerindən dərhal qaçıb.
Məlum olub ki, qadın zorakılıq zamanı evdə tək olub.
Qonşuların bildirdiyinə görə, şiddətli döyülmə və cinsi zorakılıqdan sonra qadının səhhəti pisləşib. Qonşular onu klinikaya aparıblar və həkimlər vəziyyəti aydınlaşdıraraq polisə müraciət ediblər.
Hadisə ilə bağlı Cinayət Məcəlləsinin 137-ci maddəsi ilə araşdırma aparılır.