Tanınmış meyxanaçı Elnur Valeh vəfat edib
09.07.2024 10:16
778
Mədəniyyət
A
Tanınmış meyxanaçı Elnur Valeh vəfat edib

Bir neçə gün öncə komaya düşən tanınmış meyxanaçı Elnur Valeh vəfat edib.

Aktual.ge xəbər verir ki, bu barədə onun yaxınları sosial şəbəkələrdə məlumat yayıblar.

Qeyd edək ki, meyxanaçı 16 ildir şəkərli diabet, xroniki böyrək çatışmazlığından əziyyət çəkir, dializ müalicəsi alırdı.

Onun bir neçə gün öncə toydan çıxarkən halı pisləşib və komaya düşüb.

TƏBİB-dən Azərbaycan mətbuatına bildirilib ki, Lənkəran şəhər sakini 1987-ci il təvəllüdlü Elnur Əskərov (Elnur Valeh) dəqiqləşdirilməmiş koma, hemorragik insult diaqnozu ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasının təcili yardım şöbəsinə hospitalizasiya olunub.

Bildirilib ki, xəstəyə zəruri ilkin tibbi xidmətlər göstərilib, instrumental müayinələr aparılıb, xəstənin vəziyyətinə uyğun olaraq Reanimasiya şöbəsinə yerləşdirilib.

09.07.2024-cü il tarixində gecə saatlarında yaxınlarının təkidi ilə E.Əskərov Bakı şəhərində yerləşən özəl klinikalardan birinin təcili tibbi yardım avtomobili ilə təxliyə olunarkən yolda vəfat edib.

ŞƏRH YAZ
5