Həbib Nurməhəmmədov yenə qalib gəldi və karyerasını bitirdi - VİDEO
25.10.2020 01:33
1876
İdman
A
Həbib Nurməhəmmədov yenə qalib gəldi və karyerasını bitirdi - VİDEO
Rusiyalı MMA döyüşçüsü Həbib Nurməhəmmədov növbəti dəfə məğlubedilməz döyüşçü obrazını qoruyub saxlayıb. Aktual.ge xəbər verir ki, o, BƏƏ-nin paytaxtı Əbu Dabidə keçirilən UFC-254 turnirində yüngül çəkidə müvəqqəti çempion Castin Qeyciyə qalib gələrək çempionluq kəmərini yenidən ələ keçirib. Nurməhəmmədov ikinci raundda amerikalı rəqibini boğucu fəndlə təslim olmağa məcbur edib. O, daha sonra çıxış edərək anasına söz verdiyini, bu döyüşün onun üçün sonuncu olduğunu açıqlayıb. 32 yaşlı dağıstanlı idmançı UFC tarixində məğlubedilməz qalmaq istədiyini bildirib. Qeyd edək ki, Həbib Nurməhəmmədov peşəkar MMA karyerasına 2008-ci ildə azərbaycanlı Vüsal Bayramovu məğlub etməklə başlayıb. O, keçirdiyi 29 döyüşdə məğlubiyyət almayan yeganə MMA idmançısıdır.
ŞƏRH YAZ
1